0
Sunday 30 June 2024 - 15:50

Türkiyə və Suriya Bağdadda danışıqlara başlayır

Story Code : 1144788
Türkiyə və Suriya Bağdadda danışıqlara başlayır
Axar.az xəbər verir ki, bu barədə Dəməşqdəki hökumət mənbəsi “Al Vatan” qəzetinə bildirib.

Məlumata əsasən, qarşıdan gələn Suriya-Türkiyə görüşü uzun danışıqlar prosesinin başlanğıcı olacaq və bunun siyasi anlaşmaya və sərhədyanı ərazilərdə vəziyyətlə bağlı razılaşmalara gətirib çıxaracağı gözlənilir.

Bildirilib ki, tərəflər iki qonşu arasında münasibətləri normala, əvvəlki səviyyəyə qaytarmaq üçün bütün detalları müzakirə etməli olacaqlar.

 
Comment