0
Sunday 30 June 2024 - 19:20

Yaxın 48 saat ərzində Qəzzadakı bütün xəstəxanalar bağlana bilər

Story Code : 1144812
Yaxın 48 saat ərzində Qəzzadakı bütün xəstəxanalar bağlana bilər
“Anadolu” xəbər agentliyinin məlumatına görə,  Qəzza Səhiyyə Nazirliyi “Xəstəxanalar və sağlamlıq mərkəzləri yaxın 48 saat ərzində fəaliyyətini dayandıracaq” xəbərdarlığı ilə bütün dünyaya müraciət edib.

Bu hesabata görə, Qəzza zolağı 8 aydan çoxdur ki, dağıdıcı müharibə ilə üz-üzədir. İşğalçı İsrail rejimi ordusu Qəzzanın müxtəlif bölgələrinə genişmiqyaslı hücumlar təşkil edir, bombardmanlarla bölgədəki bir çox həyati əhəmiyyətli obyektləri, o cümlədən tibb müəssisələrini dağıdır.

Nazirlik bütün beynəlxalq və humanitar təşkilatlara müraciət edib və bildirib ki, Qəzzaya yanacaq, elektrik generatorları və təmir üçün lazım olan ehtiyat hissələri göndərməklə bu məntəqədə faciənin qarşısının alınmasını yardım edilməlidir.
Comment