0
Sunday 30 June 2024 - 09:58

Böyük Britaniya İsrailə silah satışını dayandıra bilər

Story Code : 1144747
Böyük Britaniya İsrailə silah satışını dayandıra bilər
Teleqraf.com xəbər verir ki, bunu Britaniyanın keçmiş kölgə xarici işlər naziri və parlamentə yenidən seçilməyə namizəd Fabian Hamilton deyib.

“Silah satışı məsələsinə gəlincə, əgər gələn həftə seçkilərdə qalib gəlsək, İsrailə silah satışını dərhal dayandıracağıq”, - deyə siyasətçi bildirib.

Hamilton əlavə edib ki, Leyboristlər Britaniyanın ən böyük müştərisi olan Səudiyyə Ərəbistanına silah satışını da dayandıracaq.
Comment