0
Tuesday 2 July 2024 - 22:09

Sionist general: “Hizbullah”la döyüşə girsək, strateji məğlubiyyətlə üzləşəcəyik

Story Code : 1145348
Sionist general: “Hizbullah”la döyüşə girsək, strateji məğlubiyyətlə üzləşəcəyik
İşğalçı İsrail ordusunun Qəzzaya qarşı müharibədə iddia edilən məqsədlərinə çata bilməməsindən sonra sionist rejim ordusunun keçmiş yüksək rütbəli generalı İshaq Breyk çərşənbə axşamı etiraf edib və deyib: "Biz Qəzzada böyük məğlubiyyətə uğradıq".

İshaq Breyk İsrailin dövlət televiziyasına verdiyi müsahibədə deyib: "Hazırda Hizbullahla müharibəyə gedsək, strateji məğlubiyyətə düçar olacağıq”.

Sionist rejim generalı Həmasın məhv edilməsi üçün müharibənin davam etdirilməsi ilə bağlı deyilənlərin sadəcə şüar olduğunu bildirərək, ordunun zəiflədiyinə aydınlıq gətirib: 
“Bizim silah-sursatımız yoxdur və ehtiyatda olan əsgərlərimizi itiririk”.

Bu sionist general əlavə edib: “Əgər (İsrail) ordusu Livana qurudan hücum etsə, [Livanın cənubunda] Litani çayına belə çətin ki, çata bilsin”.
Sionist rejim ordusu rəsmisi artıq Qəzzadakı müharibənin öz məqsədini itirdiyini və qarşıya qoyulan məqsədlərə nail olmadan ardıcıl doqquzuncu ay davam etdirilməsinin “İsrail”ə birdən çox müstəvidə ziyan vurduğunu da bildirib.
Comment