0
Saturday 29 June 2024 - 22:39

Yaponiyada daha bir amerikalı əsgər cinsi təcavüzdə günahlandırılıb

Story Code : 1144690
Yaponiyada daha bir amerikalı əsgər cinsi təcavüzdə günahlandırılıb
Yaponiyanın cənubundakı Okinava prefekturasının dövlət prokurorluğu ABŞ Hərbi Dəniz Qüvvələrinin 21 yaşlı əsgərini cinsi təcavüzdə ittiham edib.

CGTN xəbər verir ki, Okinavanın mərkəzində yerləşən Naha Dövlət Prokurorluğu cümə günü ABŞ əsgəri Lance Gemmell Clayton-a qarşı iyunun 17-də iş açıldığını açıqlayıb.

Clayton-a qarşı irəli sürülən ittiham aktına görə, o, mayın 26-da Yumitan kəndində bir kənd qadınına cinsi təcavüz edib. Yapon vətəndaşını elə xəsarətlər alıb ki, onun sağalması iki həftə çəkib.

Bundan əlavə, son bir neçə gündə ABŞ Hərbi Hava Qüvvələrinin əməkdaşı 16 yaşından kiçik qızı qaçırmaqda və ona qarşı cinsi təcavüzdə ittiham olunub.
Comment