QR CodeQR Code

Türkiyə və Suriya Bağdadda danışıqlara başlayır

30 Jun 2024 15:50

IslamTimes - Bağdad Suriya və Türkiyə arasında ikitərəfli münasibətlərin normallaşdırılması məqsədilə danışıqların keçiriləcəyi məkana çevriləcək.


Axar.az xəbər verir ki, bu barədə Dəməşqdəki hökumət mənbəsi “Al Vatan” qəzetinə bildirib.

Məlumata əsasən, qarşıdan gələn Suriya-Türkiyə görüşü uzun danışıqlar prosesinin başlanğıcı olacaq və bunun siyasi anlaşmaya və sərhədyanı ərazilərdə vəziyyətlə bağlı razılaşmalara gətirib çıxaracağı gözlənilir.

Bildirilib ki, tərəflər iki qonşu arasında münasibətləri normala, əvvəlki səviyyəyə qaytarmaq üçün bütün detalları müzakirə etməli olacaqlar.

 


Story Code: 1144788

News Link :
https://www.islamtimes.org/az/news/1144788/türkiyə-və-suriya-bağdadda-danışıqlara-başlayır

Islam Times
  https://www.islamtimes.org