0
Sunday 30 June 2024 - 14:54

Əli Baqiri Kəni Səudiyyə Ərəbistanına İsrail haqda xəbərdarlıq etdi

Story Code : 1144782
Əli Baqiri Kəni Səudiyyə Ərəbistanına İsrail haqda xəbərdarlıq etdi
Əli Baqiri Kəni Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl Bin Fərhan ilə telefon danışığında sionist rejimin Livana qarşı təhdidlərinin bu rejimin Qəzzə xalqına qarşı cinayətlərinin davamı olduğunu diqqətə çatdırıb.
“İslam ölkələrinin Qəzzə və digər bölgələrdə sionistlərin cinayət və təhdidləri və eləcə də davam etdirdikləri təcavüzlərini tez bir zamanda dayandırmaq üçün bütün imkanlarından istifadə etmələri lazımdır”-Baqiri deyib.
O, Beytul-Həramda iranlı zəvvarlara yaradılmış əlverişli imkanlar və xidmətləri yüksək qiymətləndirməklə yanaşı, Tehran-Ər-Riyad əməkdaşlığının gedişatını ümidverici olduğunu bildirib.
Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl Bin Fərhan da bu danışıqda sionist rejim ilə Livan arasında gərginliyin artması ilə bağlı narahatlığını bildirərək müharibənin miqyasının genişləndirilməməsi üçün səy göstərməyə çağırıb.
 
Source : SaharTV
Comment