0
Wednesday 21 February 2018 - 18:57

ABŞ koalisiyası Deyr Əz-Zorda dinc sakinləri bombaladı

Story Code : 706586
ABŞ koalisiyası Deyr Əz-Zorda dinc sakinləri bombaladı
Deyerler.org Yaxın Şərq KİV-lərinə istinadən xəbər verir ki, ABŞ-ın koalisiya qüvvələri Deyr Əz-Zorun şərq ətrafında yerləşən Bahra kəndində mülki yaşayış məntəqələrini bombalayaraq, yeni bir qətliam həyata keçirib.

Yerli mənbələrin verdikləri məlumatlara görə, ABŞ koalisiyası kənddə mülki vətəndaşların yaşayış evlərini bombalayıblar. Mənbələr yeni qətliamda aralarında 9-u qadın olmaqla 16 dinc vətəndaşın həlak olduğunu, bir çox sakinin də yaralandığını qeyd ediblər. Yaralılardan bəzilərinin vəziyyətinin ağır olduğu üçün ölənlərin sayının artacağı bildirilib.
 
 
 
Qeyd edək ki, Suriyanın Xarici İşlər Nazirliyi dəfələrlə ABŞ koalisiyasının bu ölkədəki hücumlarını pisləyərək, Vaşinqtonun bu hücumlarda məqsədinin terrorçu qrupları dəstəkləməkdən ibarət olduğunu bildirib. Deyerler.org
Comment