QR CodeQR Code

ABŞ koalisiyası Deyr Əz-Zorda dinc sakinləri bombaladı

21 Feb 2018 18:57

IslamTimes - ABŞ-ın rəhbərlik etdiyi İŞİD-ə qarşı beynəlxalq koalisiya qüvvələri Suriyanın Deyr Əz-Zor bölgəsində yenə dinc sakinlərin ölümü ilə nəticələnən cinayətə imza atıb.


Deyerler.org Yaxın Şərq KİV-lərinə istinadən xəbər verir ki, ABŞ-ın koalisiya qüvvələri Deyr Əz-Zorun şərq ətrafında yerləşən Bahra kəndində mülki yaşayış məntəqələrini bombalayaraq, yeni bir qətliam həyata keçirib.

Yerli mənbələrin verdikləri məlumatlara görə, ABŞ koalisiyası kənddə mülki vətəndaşların yaşayış evlərini bombalayıblar. Mənbələr yeni qətliamda aralarında 9-u qadın olmaqla 16 dinc vətəndaşın həlak olduğunu, bir çox sakinin də yaralandığını qeyd ediblər. Yaralılardan bəzilərinin vəziyyətinin ağır olduğu üçün ölənlərin sayının artacağı bildirilib.
 
 
 
Qeyd edək ki, Suriyanın Xarici İşlər Nazirliyi dəfələrlə ABŞ koalisiyasının bu ölkədəki hücumlarını pisləyərək, Vaşinqtonun bu hücumlarda məqsədinin terrorçu qrupları dəstəkləməkdən ibarət olduğunu bildirib. Deyerler.org


Story Code: 706586

News Link :
https://www.islamtimes.org/az/news/706586/abş-koalisiyası-deyr-əz-zorda-dinc-sakinləri-bombaladı

Islam Times
  https://www.islamtimes.org