0
Monday 6 May 2024 - 08:22

Xudafərində sərhəd layihələrinin icrası sürətlənir

Story Code : 1133093
Xudafərində sərhəd layihələrinin icrası sürətlənir
Vali Malik Rəhməti Xudafərin rayonunun sərhəd və beynəlxalq layihələrin icrasına baxış keçirərkən deyib:
"Qızqalası bəndi ölkə mühəndisləri tərəfindən yerli texnologiya əsasında inşa edilmiş bir layihədir. Hazırda bu layihə tam istismara hazırdır və hər il bu bənddən 2 milyard kubmetr sərhəd suyu 9 min hektara yaxın əkinə yaralı ərazilərin suvarılması və təmin edilməsi üçün əziz fermerlərin ixtiyarında olacaqdır."
"Bu layihənin ərsəyə gəlməsi dövlətin qonşu ölkələrlə apardığı uğurlu və səmərəli diplomatiya və siyasətin nəticəsidir. Hazırda İranın Qafqaz regionunda strateji mövqeyinin qorunub saxlanması və özünün beynəlxalq təsirininin reallığa çevrilməsi bu layihənin başa çatmasından asılıdır"-Şərqi Azərbaycan valisi əlavə edib.
 
Source : SaharTV
Comment