0
Tuesday 10 January 2017 - 23:57

İsrail rejiminin səgərləri daha bir fələstinli gənci öldürdü

Story Code : 598970
İsrail rejiminin səgərləri daha bir fələstinli gənci öldürdü
Deyerler.org PressTV-yə istinadən xəbər verir ki, yerli mənbələr əvvəllər İsrail rejimi həbsxanasının əsiri olmuş 32 yaşlı fələstinli Məhəmməd Əs-Salihin sionist əsgərlərin açdığı atəş nəticəsində həlak olduğunu bildirir. Fələstinli gəncin şəhid edilməsi nəticəsində düşərgədə gərginliyin artdığı qeyd olunur.

Mənbələr Əl-Faria qaçqın düşərgəsinə hücum edən sionist əsgərlərin bir çox evdə axtarış apardığını və sionist əsgələrin bəzilərinin evlərin damlarına çıxaraq atəş açdıqlarını bildirirlər.

Həkimlər Əs-Salihin boynundan, sinəsindən və ayaqlarından aldığı güllə yaraları səbəbilə şəhid olduğunu qeyd edir.
Source : Deyerler
Comment