QR CodeQR Code

İsrail rejiminin səgərləri daha bir fələstinli gənci öldürdü

Deyerler , 10 Jan 2017 23:57

İslamtimes - Sionist İsrail rejiminin təhlükəsizlik qüvvələri tərəfindən yanvarın 10-u səhər saatlarında Nablus vilayətindəki Əl-Faria qaçqın düşərgəsinə təşkil olunan hücumda bir fələstinli gənc şəhid olub.


Deyerler.org PressTV-yə istinadən xəbər verir ki, yerli mənbələr əvvəllər İsrail rejimi həbsxanasının əsiri olmuş 32 yaşlı fələstinli Məhəmməd Əs-Salihin sionist əsgərlərin açdığı atəş nəticəsində həlak olduğunu bildirir. Fələstinli gəncin şəhid edilməsi nəticəsində düşərgədə gərginliyin artdığı qeyd olunur.

Mənbələr Əl-Faria qaçqın düşərgəsinə hücum edən sionist əsgərlərin bir çox evdə axtarış apardığını və sionist əsgələrin bəzilərinin evlərin damlarına çıxaraq atəş açdıqlarını bildirirlər.

Həkimlər Əs-Salihin boynundan, sinəsindən və ayaqlarından aldığı güllə yaraları səbəbilə şəhid olduğunu qeyd edir.


Story Code: 598970

News Link :
https://www.islamtimes.org/az/news/598970/israil-rejiminin-səgərləri-daha-bir-fələstinli-gənci-öldürdü

Islam Times
  https://www.islamtimes.org