0
Wednesday 27 March 2024 - 20:28

Terrorçulara ölüm cəzası tələbinə RFŞ-dən cavab

Story Code : 1125321
Terrorçulara ölüm cəzası tələbinə RFŞ-dən cavab
Axar.az xəbər verir ki, bu barədə Rusiya Federasiya Şurasının Konstitusiya qanunvericiliyi və dövlət quruculuğu komitəsinin rəhbəri Andrey Klişas öz Teleqram kanalında bildirib.

“Ölüm cəzası ilə bağlı müzakirələr getdikcə genişlənir. Hörmətli analitiklər və Teleqram ekspertləri bizi inandırır ki, terrorçuları və pedofilləri edam etmək lazımdır və xalq bunu dəstəkləyəcək, problem yalnız Konstitusiya Məhkəməsindədir. Təsəvvür edək ki, ölüm hökmünə moratorium yoxdur. Konstitusiya və qanunu oxuyun. Rusiya Federasiyası Cinayət Məcəlləsinin 205-ci maddəsi “terror aktı” cinayətinə görə maksimum ömürlük həbs cəzası ilə (bir çox hallarda) məsuliyyət müəyyən edir”, - o bildirib.
Comment