0
Tuesday 23 April 2024 - 17:23

İran: "Azərbaycan ərazilərinin qaytarılması sülhün bərqərar olması üçün vacibdir"

Story Code : 1130622
İran: "Azərbaycan ərazilərinin qaytarılması sülhün bərqərar olması üçün vacibdir"
Axar.az xəbər verir ki, bunu İran XİN-in sözçüsü Nasir Kənani deyib.

“Biz Azərbaycan və Ermənistan arasında birgə demarkasiya komissiyasının iclasında əldə olunmuş razılaşmalara hörmətlə yanaşırıq. Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olması üçün iki ölkənin bir-birinin suverenliyinə və ərazi bütövlüyünə qarşılıqlı hörmət edərək sərhəd məsələlərinin həlli istiqamətində dinc səyləri davam etdirməsi zəruridir”, - Kənani bildirib.

Qeyd edək ki, 19 apreldə Azərbaycanla Ermənistan arasında Qazaxın işğalda olan 7 kəndindən anklav olmayan 4 kəndinin qaytarılması barədə razılaşması Rusiya, Türkiyə də daxil olmaqla, ABŞ və AB-nin əksər ölkələri də alqışlayıb.
Comment