0
Thursday 2 May 2024 - 14:17

Ukraynaya daha 10 il kömək etmək lazım gələcək

Story Code : 1132459
Ukraynaya daha 10 il kömək etmək lazım gələcək
Elchi.az xəbər verir ki, Almaniya Sosial Demokrat Partiyasının (SPD) həmsədri Lars Klinqbeyl T-Online portalına müsahibəsində Ukraynanın daha 10 il ərzində silah və pulla yardım etməli olacağını istisna etməyib.
Almaniyanın hakim koalisiyasına daxil olan partiyanın lideri deyib: “Biz Ukraynaya kömək etmək üçün bəlkə də daha 10 il pul və silah səfərbər etməli olacağıq”.

Onun sözlərinə görə, Ukraynaya yardımın bu modeli marafon yarışına bənzəyir və göstərilən yardımın həcmini daima yenidən qiymətləndirmək lazımdır.

O, həmçinin Ukraynanın Rusiya ilə lazımi anda güclü mövqedən danışıqlar apara bilməsi üçün diplomatik təşəbbüslərin müzakirə edilməsinin vacibliyini qeyd edib.

Bundan əvvəl Bloomberg-in köşə yazarı Hal Brands nəşrin saytında dərc olunmuş məqaləsində bildirmişdi ki, Rusiya prezidentinin Ukrayna ordusunda bir sıra problemlər fonunda ABŞ-dan Ukraynaya 61 milyard dollarlıq yeni hərbi yardım paketindən qorxmur.
Comment