0
Tuesday 23 April 2024 - 13:56

İran və Pakistan qüvvələrinin həmkarlıqlarının gücləndirilməsinə təkid

Story Code : 1130551
İran və Pakistan qüvvələrinin həmkarlıqlarının gücləndirilməsinə təkid
Pakistan ordusunun komandanı İran İslam Respublikası prezidentinin bu ölkəyə səfəri gedişində Seyid İbrahim Rəisinin görüşünə gedib.
Pakistan ordusunun komandanı general Seyid Asim Monirin İran prezidentilə görüşündə ilk növbədə tərəfləri maraqlandıran məsələlər, xüsusən regional sülh, həmçinin sərhəd təhlükəsizliyi və sabitliyi məsələləri nəzərdən keçirilib.
Hər iki tərəf qarşılıqlı həmkarlıqların gücləndirilməsi zərurəti, eləcə də regional sabitlik və iqtisadi çiçəklənmə üçün birgə səyin göstərilməsi barədə razılığa gəlib.
Seyid İbrahim Rəisi vurğulayıb: İran və Pakistan silahlı qüvvələri öz aralarındakı həmkarlıqları gücləndirməklə iki xalqa və bölgəyə sülh və sabitlik töhfə verə bilərlər.
İran-Pakistan sərhədini «sülh və dostluq sərhədi» adlandıran Pakistan ordusunun komandanı iki qonşu ölkə arasındakı qədim və qardaşcasına əlaqələrin terrorçular tərəfindən təhlükəyə atılmasının qarşısını almaq üçün birgə sərhədlər boyunca ahəngdarlığın yaxşılaşdırılması vacibliyini vurğulayıb.
 
Source : SaharTV
Comment