0
Tuesday 15 August 2023 - 09:24

Stokholmda yenə Müqəddəs Quran yandırıldı

Story Code : 1075765
Stokholmda yenə Müqəddəs Quran yandırıldı
Teleqraf.com xəbər verir ki, onun təşkilatçıları, əvvəllər analoji nümayişlərə görə barələrində nifrətin qızışdırılması maddəsilə artıq cinayət işi açılmış iraqlı miqrantlar Salvan Momika və Salvan Nəcəm Quranın bir neçə səhifəsini yandırıblar.

Bildirilir ki, Minttorget meydanına 20-si jurnalist olmaqla, 60-a yaxın insan toplaşıb. Yaxınlıqda dayanan müsəlmanlar aksiyaya etiraz ediblər. Onlardan biri “Kitab yandırmaq demokratiya deyil!”, - deyə bəyan edib.