0
Tuesday 18 June 2024 - 16:04

Trampla bağlı şok: "Yenidən seçilməsin deyə..."

Story Code : 1142396
Trampla bağlı şok: "Yenidən seçilməsin deyə..."
Teleqraf.com xəbər verir ki, bunu Fransa Vətənpərvərlər Partiyasının sədri Florian Filippo deyib.

"Şimali Atlantika Alyansından Kiyevə hərbi və maliyyə yardımı göstərməyə tələsmək Trampın Ukraynanı dəstəkləməyə qarşı son bəyanatları ilə bağlıdır. O, haqlıdır, gəlin bu sirki, maliyyələşdirməyi və silahlandırmağı dayandıraq", - Filippo vurğulayıb.

Tramp noyabrda keçiriləcək seçkilərdə qalib gələcəyi təqdirdə Ukraynaya sonsuz çoxmilyardlı ödənişləri dayandıracağına söz vermişdi. Yenidən ABŞ prezidentliyinə can atan Tramp Ağ Evə qayıtsa, Ukraynadakı münaqişəni dayandıra biləcəyini dəfələrlə bəyan edib. Həmçinin bildirib ki, onun dövründə nə Ukraynada, nə də Qəzza zolağında döyüşlər olmayacaq.
Comment