QR CodeQR Code

Trampla bağlı şok: "Yenidən seçilməsin deyə..."

18 Jun 2024 16:04

IslamTimes - NATO ABŞ-də keçiriləcək prezident seçkilərində keçmiş Amerika lideri Donald Trampın qələbəsindən ehtiyat etdiyi üçün Ukraynanı fəal şəkildə dəstəkləyir.


Teleqraf.com xəbər verir ki, bunu Fransa Vətənpərvərlər Partiyasının sədri Florian Filippo deyib.

"Şimali Atlantika Alyansından Kiyevə hərbi və maliyyə yardımı göstərməyə tələsmək Trampın Ukraynanı dəstəkləməyə qarşı son bəyanatları ilə bağlıdır. O, haqlıdır, gəlin bu sirki, maliyyələşdirməyi və silahlandırmağı dayandıraq", - Filippo vurğulayıb.

Tramp noyabrda keçiriləcək seçkilərdə qalib gələcəyi təqdirdə Ukraynaya sonsuz çoxmilyardlı ödənişləri dayandıracağına söz vermişdi. Yenidən ABŞ prezidentliyinə can atan Tramp Ağ Evə qayıtsa, Ukraynadakı münaqişəni dayandıra biləcəyini dəfələrlə bəyan edib. Həmçinin bildirib ki, onun dövründə nə Ukraynada, nə də Qəzza zolağında döyüşlər olmayacaq.


Story Code: 1142396

News Link :
https://www.islamtimes.org/az/news/1142396/trampla-bağlı-şok-yenidən-seçilməsin-deyə

Islam Times
  https://www.islamtimes.org