0
Friday 5 January 2018 - 10:23

Təkfirçi Səudiyyənin blokadası hər gün 32 yəmənlinin ölümünə səbəb olur

Bu barədə Yəmən Səhiyyə Nazirliyi açıqlama verib.
Story Code : 695168
Təkfirçi Səudiyyənin blokadası hər gün 32 yəmənlinin ölümünə səbəb olur
Nazirlik ölkə hava limanlarının qapalı olduğu üçün Yəməndə hər gün 32 xəstənin həyatını itirdiyini bildirib.
Bundan başqa, nazirlikdə və anbarlarda 57 xərçəng dərmanının bitdiyi vurğulanıb.
Qeyd edək ki, 2015-ci ilin mart ayından etibarən Səudiyyənin Yəmənə təcavüzü nəticəsində on minlərlə adam həyatını itirib və yaralanaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yəmən əhalisi gündəlik təlabat malları və tibbi yardım almaqda çətinlik çəkir. 2 milyondan artıq yəmənli məcburi köçkün vəziyyətindədir. Blokada səbəbindən ölkəyə tibbi ləvazimat və qida məhsularının girişi məhdudlaşdırılıb.
Source : Nur-az.com
Comment