0
Sunday 28 April 2024 - 12:51
ABŞ polisi Fələstin tərəfdarı olan tələbələrə divan tutur

Təkcə bir universitetdə 100-ə yaxın tələbə həbs edilib

Story Code : 1131704
Təkcə bir universitetdə 100-ə yaxın tələbə həbs edilib
Bu məlumata əsasən, ABŞ-ın Massaçusets ştatında yerləşən Bostondakı Şimal-Şərq (Northeastern) Universitetinin sözçüsü ölkə polisinin 100-ə yaxın adamı həbs etdiyini bildirib.
Fələstin tərəfdarı tələbələrin etirazının polis tərəfindən yatırılmasına haqq qazandıran hökumət rəsmiləri iddia edirlər ki,  tələbələr guya qırmızı xətti aşaraq anti-semitizm şüarları veriblər.
Bu arada sosial şəbəkələrdə yayımlanan videoda Amerikada qaradərili bir kişinin həbs edildiyi və polisin zorakı davranışı nəticəsində onun öldüyü bildirilir.
Bu videoda Amerika polisi "Nəfəs ala bilmirəm" deyə qışqıran şəxsi həbs edir.  KİV-in məlumatına görə, bu adam bir neçə saat sonra xəstəxanada dünyasını dəyişib.
 
Source : SaharTV
Comment