0
Wednesday 8 May 2024 - 07:27

Bayden qaniçən İsraili hər zaman dəstəkləyəcəyini bildirib

Story Code : 1133543
Bayden qaniçən İsraili hər zaman dəstəkləyəcəyini bildirib
Qəzzədə sadəcə 6-7 ay ərzində 14 min uşağın qaniçən İsrail rejimi tərəfindən qətliam edilməsi belə ABŞ Prezidentini işğalçı İsrailə qarşı mövqe sərgiləməyə vadar edə bilməyib. Co Bayden Vaşinqton Holokost Muzeyində çıxışı zamanı bütün cinayətlərinə baxmayaraq yenə də işğalçı İsrailə dəstək mesajı ünvanlayıb.

Bayden sionist rejimin cinayətlərini tənqid etməkdən boyun qaçırmaq azmış kimi utanmadan Amerikada ölkə universitetlərində Fələstin tərəfdarı hərəkətlərini də tənqid edib:

“Amerikanın heç bir yerində "antisemitizm", nifrət və ya hər hansı bir zorakılıq təhdidinə yer yoxdur. Şiddətli hücumlar və maddi ziyan dinc etirazlar deyil. Bu qanuna ziddir”.
Comment