0
Wednesday 24 April 2024 - 18:02

Baydendən maraqlı bəyanat: “Neçə dəfə sübut etməliyik ki, bizə etibar etmək olmaz?”

Story Code : 1130862
Baydendən maraqlı bəyanat: “Neçə dəfə sübut etməliyik ki, bizə etibar etmək olmaz?”
Bayden bu barədə Florida ştatındakı yerli kolleclərin birində abortun qadağan edilməsi ilə bağlı çıxışı zamanı deyib.

O bu sözləri ştatda abortlara altıhəftəlik qadağanın qüvvəyə minməsi ərəfəsində verib.

Bayden çıxışında keçmiş prezident Donald Trampı “Rou Ueydə qarşı” (ABŞ Ali Məhkəməsinin 1973-cü ildə qəbul etdiyi qərardır ki, bu qərara əsasən, döl həyat qabiliyyətli olana qədər qadın öz istəyi ilə, o cümlədən tibbi yardımla hamiləliyini dayandıra bilər - red.) qərarının ləğvi ilə bağlı yaranan nəticələrə görə günahlandırıb.

“Neçə dəfə sübut etməliyik ki, bizə etibar etmək olmaz?” - deyə ABŞ lideri qətiyyətlə bildirib və daha sonra oraya toplaşanların təəccüblü reaksiyaları qarşısında “xəyali dostları” ilə əl sıxmağa gedib.

Xatırladaq ki, Co Bayden daha əvvəl Pensilvaniya ştatında baş tutan seçkiqabağı kampaniyasında prezident seçiləcəyi təqdirdə “Rou Ueydə qarşı” qərarını dəstəkləyəcəyinə və ölkənin qanunu kimi bərpa edəcəyinə söz verib.
Comment