Ankara: Vaşinqton Fələstin xalqına qarşı böyük ədalətsizlik etdi!
Story Code : 1130260
Türkiyənin xarici işlər naziri Hakan Fidan bu bazar günü İstanbulda Mavritaniyalı həmkarı ilə birgə mətbuat konfransında deyib: “Vaşinqton Fələstinin BMT-yə tamhüquqlu üzv kimi daxil olmasına mane oldu və bu, Fələstin xalqına qarşı böyük ədalətsizlikdir”.
Hakan Fidan əlavə edib: "İsrailin işğalçı olduğunu və ədalətsizliyini vurğulamağa davam edəcəyik. Beynəlxalq ictimaiyyətdən ədalətsizliyə müqavimət göstərməsini və Fələstin dövlətini tanımasını xahiş edirik."
Hakan Fidan həmçinin bildirib: "Müstəqil Fələstin dövləti qurulana qədər səylərimiz fasiləsiz davam edəcək."
Qeyd edək ki, cümə axşamı Birləşmiş Ştatlar Təhlükəsizlik Şurasında Fələstinin Birləşmiş Millətlər Təşkilatına tam üzv olmasını tələb edən qətnaməyə veto qoyub.