0
Saturday 20 April 2024 - 21:54

Çin Fələstinlilərə qarşı tarixi ədalətsizliyi düzəltməyə çağırıb

Story Code : 1130066
Çin Fələstinlilərə qarşı tarixi ədalətsizliyi düzəltməyə çağırıb
Sinxua xəbər agentliyi yazıb ki, Çinin xarici işlər naziri Vanq Yi deyib: "Fələstinin dərhal BMT-yə qəbul edilməsi uzunmüddətli tarixi ədalətsizliyi düzəltmək üçün bir tədbirdir".

Bu sözləri o, Papua-Yeni Qvineyada həmkarı ilə birgə mətbuat konfransında deyib.

Cümə axşamı ABŞ Təhlükəsizlik Şurasında Fələstinin Birləşmiş Millətlər Təşkilatına tam üzv olmasını tələb edən qətnaməyə veto qoyub. Rusiyanın BMT-dəki nümayəndəsi Vasili Nebenzia dünya ictimaiyyətinin mütləq əksəriyyətinin Fələstinin Birləşmiş Millətlər Təşkilatına üzv olması ilə razı olduğunu xatırladaraq, Amerikanın bu veto ilə həqiqətən fələstinlilər haqqında necə düşündüyünü göstərdiyini bildirib.

Vaşinqton elə düşünür ki, Fələstin xalqının özlərinə aid ölkəyə sahib olmaq haqqı yoxdur. ABŞ yalnız İsrailin maraqlarına xidmət edir.
Comment