0
Wednesday 17 April 2024 - 01:38

Borrel: “Qərb Ukraynada İsrailin “Dəmir Qübbə”sinə bənzər bir sistem yarada bilməz”

Story Code : 1129171
Borrel: “Qərb Ukraynada İsrailin “Dəmir Qübbə”sinə bənzər bir sistem yarada bilməz”
Bunu Aİ-nin xarici işlər nazirlərinin videokonfrans vasitəsilə qeyri-rəsmi görüşündən sonra keçirilən mətbuat konfransında ittifaqın diplomatik rəhbəri Jozep Borrel bildirib.

Onun sözlərinə görə, ABŞ və Böyük Britaniya İsraildən nümunə götürərək Ukraynada raket hücumlarının dəf edilməsində iştirak edə bilməzlər.

“ABŞ və Böyük Britaniya Yaxın Şərqdəki kimi Ukraynada raketləri vura bilməz. Ukraynada bu raketlərlə təhdid oluna biləcək heç bir ABŞ və Böyük Britaniya hərbi bazası yoxdur”, - Borrel qeyd edib.
Comment