0
Tuesday 5 March 2024 - 01:58

Yəmən: İsrail gəmisini hədəf aldıq!

Story Code : 1120302
Yəmən: İsrail gəmisini hədəf aldıq!
Yəmən ordusu Ərəb dənizində işğalçı İsrailə məxsus "MSC Sky" adlı gəmini hədəf aldığını açıqlayıb.

Daha əvvəl dəniz təhlükəsizliyi şirkəti Liberiya bayrağı altında sularda hərəkət edən, əslində sionist rejimə aid gəminin vurulduğunu və onun bir hissəsində güclü yanğın başladığını bildirmişdi.

Liberiya bayrağı ilə dənizə çıxan sionist rejimə aid gəminin hədəf alındığını bildirən Embry Dəniz Mühafizəsi Şirkəti partlayışın gəmidə yanğına səbəb olduğunu və ekipajın yanğını söndürmək üçün səylərinin davam etdiyini açıqlayıb.
Comment