0
Wednesday 14 February 2024 - 13:15

Suriyanın şərqindəki işğalçı ABŞ qüvvələri hədəf alınıb

Story Code : 1116155
Suriyanın şərqindəki işğalçı ABŞ qüvvələri hədəf alınıb
APA xəbər verir ki, bu barədə “Al Mayadeen” telekanalı məlumat yayıb.

Onun sözlərinə görə, obyektə bir neçə raket atılıb.

Bazanın yerləşdiyi ərazidən partlayış səsləri eşidilib.

Hücumun təfərrüatları və nəticələri barədə məlumat verilmir.

2023-cü ilin oktyabrında işğalçı İsrailin Qəzzada qətliamlar törətməyə başlamasından sonra ABŞ-ın İraq və Suriyadakı hərbi bazalarına raket və dron istifadə etməklə hücumlar daha tez-tez baş verir.
Comment