QR CodeQR Code

Suriyanın şərqindəki işğalçı ABŞ qüvvələri hədəf alınıb

14 Feb 2024 13:15

IslamTimes - Suriyanın şərqində, Deyr əz-Zor əyalətində Amerika hərbçilərinin nəzarətində olan Əl-Ömər neft yatağı yaxınlığında yerləşən hərbi bazaya hücum edilib.


APA xəbər verir ki, bu barədə “Al Mayadeen” telekanalı məlumat yayıb.

Onun sözlərinə görə, obyektə bir neçə raket atılıb.

Bazanın yerləşdiyi ərazidən partlayış səsləri eşidilib.

Hücumun təfərrüatları və nəticələri barədə məlumat verilmir.

2023-cü ilin oktyabrında işğalçı İsrailin Qəzzada qətliamlar törətməyə başlamasından sonra ABŞ-ın İraq və Suriyadakı hərbi bazalarına raket və dron istifadə etməklə hücumlar daha tez-tez baş verir.


Story Code: 1116155

News Link :
https://www.islamtimes.org/az/news/1116155/suriyanın-şərqindəki-işğalçı-abş-qüvvələri-hədəf-alınıb

Islam Times
  https://www.islamtimes.org