QR CodeQR Code

ABŞ-ın Suriyadakı bazalarına PUA hücumu olub

22 Jan 2024 19:37

IslamTimes - Suriyanın şərqindəki Əl-Ömər neft yatağı yaxınlığında yerləşən işğalçı ABŞ-ın hərbi bazasına pilotsuz uçuş aparatları ilə hücum edilib.


APA xəbər verir ki, bu barədə “Al Mayadeen” telekanalı məlumat yayıb. Kanalın məlumatına görə, hərbi obyektin ərazisində bir neçə partlayış baş verib, partlayış səsləri ətrafda aydın eşidilib.

Hücuma görə məsuliyyəti İraq İslami Müqaviməti hərəkatı üzərinə götürüb. Müqavimət Hərəkatının Telegram kanalında yaydığı bəyanatda deyilir ki, döyüşçülər hücumu “Qəzza zolağında fələstinlilərin qaniçən İsrail rejimi tərəfindən qırğınına cavab olaraq” həyata keçirib. Mətndə deyilir ki, “hərəkat həm İraqda, həm də qonşu ölkələrdə Amerika işğalçı qüvvələrinə qarşı mübarizəni davam etdirəcək”.

Bundan əvvəl Suriyanın Hasəkə əyalətinin cənubunda, Əl-Cəbbis neft yatağının yaxınlığında yerləşən ABŞ bazası üzərində kamikadze pilotsuz təyyarələr peyda olub.


Story Code: 1110852

News Link :
https://www.islamtimes.org/az/news/1110852/abş-ın-suriyadakı-bazalarına-pua-hücumu-olub

Islam Times
  https://www.islamtimes.org