0
Monday 22 January 2024 - 19:37

ABŞ-ın Suriyadakı bazalarına PUA hücumu olub

Story Code : 1110852
ABŞ-ın Suriyadakı bazalarına PUA hücumu olub
APA xəbər verir ki, bu barədə “Al Mayadeen” telekanalı məlumat yayıb. Kanalın məlumatına görə, hərbi obyektin ərazisində bir neçə partlayış baş verib, partlayış səsləri ətrafda aydın eşidilib.

Hücuma görə məsuliyyəti İraq İslami Müqaviməti hərəkatı üzərinə götürüb. Müqavimət Hərəkatının Telegram kanalında yaydığı bəyanatda deyilir ki, döyüşçülər hücumu “Qəzza zolağında fələstinlilərin qaniçən İsrail rejimi tərəfindən qırğınına cavab olaraq” həyata keçirib. Mətndə deyilir ki, “hərəkat həm İraqda, həm də qonşu ölkələrdə Amerika işğalçı qüvvələrinə qarşı mübarizəni davam etdirəcək”.

Bundan əvvəl Suriyanın Hasəkə əyalətinin cənubunda, Əl-Cəbbis neft yatağının yaxınlığında yerləşən ABŞ bazası üzərində kamikadze pilotsuz təyyarələr peyda olub.
Comment