QR CodeQR Code

İran ABŞ hərbi bazasına zərbələr endirdi

16 Jan 2024 21:21

IslamTimes - İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İraqın Ərbil şəhərində ABŞ konsulluğu yaxınlığında yerləşən ABŞ hərbi bazası və hava limanına zərbələr endirib.


Teleqraf.com xəbər verir ki, Ərbildə təxminən yeddi-səkkiz güclü partlayış olub. Ballistik raketlərlə və pilotsuz uçuş aparatları ilə ABŞ-nin Hərirdəki hərbi bazasına və ona bitişik beynəlxalq hava limanına zərbələr endirilib.

Hazırda Ərbildə hava hərəkəti dayandırılıb. Üç pilotsuz təyyarə vurulub. Amerika tərəfi hərbçilər arasında itkilərin olmadığını bildirib.

Hücuma görə məsuliyyəti öz üzərinə götürən İslam İnqilabı Keşikçiləri Korpusu bildirib ki, “kəşfiyyat qərargahları”na və “anti-İran” qüvvələrinə qarşı ballistik raket zərbələri endirilib.

 


Story Code: 1109528

News Link :
https://www.islamtimes.org/az/news/1109528/iran-abş-hərbi-bazasına-zərbələr-endirdi

Islam Times
  https://www.islamtimes.org