0
Tuesday 16 January 2024 - 21:21

İran ABŞ hərbi bazasına zərbələr endirdi

Story Code : 1109528
İran ABŞ hərbi bazasına zərbələr endirdi
Teleqraf.com xəbər verir ki, Ərbildə təxminən yeddi-səkkiz güclü partlayış olub. Ballistik raketlərlə və pilotsuz uçuş aparatları ilə ABŞ-nin Hərirdəki hərbi bazasına və ona bitişik beynəlxalq hava limanına zərbələr endirilib.

Hazırda Ərbildə hava hərəkəti dayandırılıb. Üç pilotsuz təyyarə vurulub. Amerika tərəfi hərbçilər arasında itkilərin olmadığını bildirib.

Hücuma görə məsuliyyəti öz üzərinə götürən İslam İnqilabı Keşikçiləri Korpusu bildirib ki, “kəşfiyyat qərargahları”na və “anti-İran” qüvvələrinə qarşı ballistik raket zərbələri endirilib.

 
Comment