QR CodeQR Code

Cənubi Afrikanın sionist rejimdən şikayətinə Çili də qoşulub

إسلام تايمز , 29 Jun 2024 21:34

IslamTimes - Çili Respublikası da Cənubi Afrikanın sionist rejimdən Qəzzada soyqırım cinayəti törətdiyinə görə şikayətinə qoşulub.


Cənubi Afrika 2023-cü il dekabrın 29-da 1948-ci ildə qəbul edilmiş Soyqırımı Qadağası Müqaviləsini pozduğu iddiası ilə sionist rejim əleyhinə Beynəlxalq Ədalət Məhkəməsinə şikayət edib.

Bundan sonra Fələstin, Türkiyə, Liviya, Meksika, Nikaraqua və Kolumbiya da daxil olmaqla bir sıra ölkələr bu şikayətə qoşulub.

Çili hökuməti isə bu gün İsrail rejiminin cinayətləri ilə bağlı bu şikayətə qoşulduğunu elan edib.

Qeyd edək ki, İsrailin Fələstin xalqına qarşı amansız cinayətlərindən sonra bu il mayın 28-də İspaniya, Norveç və İrlandiya Fələstin dövlətini rəsmən tanıyıb və onunla diplomatik əlaqələr qurublar.
 


Story Code: 1144687

News Link :
https://www.islamtimes.org/az/news/1144687/cənubi-afrikanın-sionist-rejimdən-şikayətinə-çili-də-qoşulub

Islam Times
  https://www.islamtimes.org