QR CodeQR Code

Ənsarullah Qırmızı və Aralıq dənizlərində İsrailə bağlı dörd ticarət gəmisinə hücum edib

29 Jun 2024 10:23

İslamtimes - Yəmən Silahlı Qüvvələri İraqın İslami Müqavimət qüvvələri ilə Qırmızı və Aralıq dənizlərində birgə əməliyyat həyata keçiriblər. Bu hücum əməliyyatı nəticəsində İsrailə yük aparan dörd ticarət gəmisinə zərbələr endirilib.


Bu barədə Yəmən Silahlı Qüvvələrinin sözçüsü briqada generalı Yəhya Səru “Al Masirah” telekanalında bildirib.
Onun sözlərinə görə, Yəmən Silahlı Qüvvələri və İraq Müqaviməti Aralıq dənizində İsrailin Hayfa limanına gedən “Waler” neft tankerinə hücum ediblər.
Bundan əlavə, general Səri Aralıq dənizində “Johannes Maersk” konteyner gəmisinə, həmçinin Qırmızı dənizdə “Delonix” kimyəvi tankerə və “Loannis” yük daşıyıcısına hücumların edildiyini açıqlayıb.


Story Code: 1144520

News Link :
https://www.islamtimes.org/az/news/1144520/ənsarullah-qırmızı-və-aralıq-dənizlərində-israilə-bağlı-dörd-ticarət-gəmisinə-hücum-edib

Islam Times
  https://www.islamtimes.org