QR CodeQR Code

Boliviyada hərbçilər dövlət çevrilişinə cəhd edir

27 Jun 2024 02:50

IslamTimes - Boliviyanın faktiki paytaxtı La-Pas şəhərində hərbçilər hökumət binasının qarşısındakı meydanı zəbt ediblər.


“Report”un məlumatına görə, bu barədə "El Deber" qəzeti məlumat yayıb.

Öz növbəsində Boliviya prezidenti Luis Arse hərbçilərə çağırış edib: “Biz Boliviya ordusunun bəzi hissələrinin qəribə hərəkətləri barədə məlumat veririk. Demokratiyaya hörmət edilməlidir”.

Məlumatlara görə, Boliviya ordusunun bölmələri zorla hökumət və parlament binalarına daxil olublar. Artıq hər iki binada olan işçilər təxliyə edilib.

Bundan başqa, Ordu komandanı vəzifəsindən uzaqlaşdırılan boliviyalı general Xuan Xose Zuniqa “vətənini geri qaytarmaq” niyyətində olduğunu bildirib.

Boliviya hökuməti isə dövlət çevrilişinə cəhd xəbərləri fonunda beynəlxalq ictimaiyyəti ölkənin qanuni hakimiyyətinə dəstək verməyə çağırıb.


Story Code: 1144071

News Link :
https://www.islamtimes.org/az/news/1144071/boliviyada-hərbçilər-dövlət-çevrilişinə-cəhd-edir

Islam Times
  https://www.islamtimes.org