QR CodeQR Code

“Apple” cərimələnəcək

25 Jun 2024 09:52

IslamTimes - “Apple” şirkəti Avropa İttifaqının yeni rəqəmsal qanunvericiliyinə əsasən Brüssel tərəfindən cərimələnən ilk İT nəhəngi ola bilər.


Publika.az xəbər verir ki, Avropa Komissiyası “Apple” şirkətini Rəqəmsal Bazarlar haqqında Qanunu (DMA) pozmaqda təqsirləndirməyi planlaşdırır.

Bu barədə Komissiyasnın Amerika şirkətinə göndərdiyi ilkin məlumatda deyilir.

İlk dəfə olaraq, Aİ tənzimləyicisi texnologiya nəhənginin fəaliyyətini məhdudlaşdırmaq üçün yeni qaydalar tətbiq etməyə hazırlaşır.

Avropa Komissiyasının hərəkətləri bu ilin mart ayında qüvvəyə minən və startaplara kömək etmək məqsədi daşıyan qanun çərçivəsində həyata keçirilə bilər. Qanuna uyğun olaraq, tətbiqlərini “Apple App Store” vasitəsilə yayan tərtibatçılar müştərilərinə daha ucuz məzmun təklifləri haqqında pulsuz məlumat verməlidirlər.

Rəqəmsal Bazarlar haqqında Qanun “Apple” şirkətinə tərtibatçılara ilkin olaraq yeni müştəri cəlb etməkdə kömək etdiyi üçün “App Store” vasitəsilə təzminat almaq hüququ verir, lakin Brüssel şirkətin bunun üçün artıq ödəniş tələb etdiyini bildirir.

“Apple” təqsirkar bilinərsə, korporasiyanı illik ümumi gəlirinin 10 faizinə qədər cərimə gözləyir. Təkrar pozuntu aşkar edilərsə, cərimə 20 faizə qədər artırıla bilər. Komissiya nəticələrini 2025-ci ilin martına qədər təqdim etməlidir.


Story Code: 1143666

News Link :
https://www.islamtimes.org/az/news/1143666/apple-cərimələnəcək

Islam Times
  https://www.islamtimes.org