QR CodeQR Code

İnqilab Rəhbəri xalqın problemlərinin ədalət əsasında həllinə təkid edib

SaharTV , 23 Jun 2024 15:19

İslamtimes - İslam İnqilabının Ali Məqamlı Rəhbəri xalqın problemlərinin ədalət əsasında həllinə və qanunun qırmızı xəttinin tapdalanmasına yol verilməməsinin məhkəmə sisteminin əsas vəzifələrindən olduğunu bildirib.


Ali Rəhbərin informasiya mərkəzinin məlumatına görə, İnqilab Rəhbəri Həzrət Ayətullahul-Uzma Xamenei şənbə günü İranın məhkəmə hakimiyyətinin rəsmiləri ilə görüşüb. O həzrət bu görüşdə xalqın problemlərinin ədalət əsasında həllinə və qanunun qırmızı xəttinin tapdalanmasına yol verilməməsinin məhkəmə sisteminin əsas vəzifələrindən olduğunu qeyd etmişlər.
"Məhkəmə sisteminin ən mühüm vəzifəsi ədaləti şücaətlə və heç bir tərəddüt etmədən həyata keçirməkdir"-deyə təkid edən İslam İnqilabının Ali Məqamlı Rəhbəri daha sonra ədalət kimi xüsusi məsələlərə Quranda və digər İslami mənbələrdə istinad edildiyini və ədalət hökmünün həyata keçirilməsində şücaətin zəruri olduğunu nəzərə çatdırmışlar. "
"Hakimlər Qərbin insan haqları mənbələrinə deyil, daxili qanunlara istinad etməlidir"-deyə Müəzzəm Rəhbər əlavə edib.
Çıxışında 14-cü prezident seçkilərinə diqqət çəkən Müəzzəm Rəhbər bu görüşdə buyurublar ki, məsləhət edirəm ki, namizədlərin televiziyada birlikdə və ya ayrı-ayrılıqda apardıqları müzakirələrdə verdikləri açıqlamalarda namizədlər öz rəqibinə qalib gəlməsi üçün etdiyi çıxışlar  düşmənin  sevinməsinə səbəb olmasın.
 


Story Code: 1143333

News Link :
https://www.islamtimes.org/az/news/1143333/inqilab-rəhbəri-xalqın-problemlərinin-ədalət-əsasında-həllinə-təkid-edib

Islam Times
  https://www.islamtimes.org