0
Tuesday 18 June 2024 - 17:06

Orban: Brüsseldə Avropa xalqının iradəsinə məhəl qoyulmadı

Story Code : 1142398
Orban: Brüsseldə Avropa xalqının iradəsinə məhəl qoyulmadı
“Report” xəbər verir ki, bu barədə Macarıstanın Baş naziri Viktor Orban “X” sosial şəbəkəsində paylaşım edib.

V.Orban bildirib ki, Avropa Parlamentinə seçkilərdə qalib gələn qüvvələr Rusiya-Ukrayna müharibəsinə daha çox pul və silah göndərməyə davam edəcəklər:

“Avropa seçkilərinin nəticəsi göz qabağındadır: sağçı partiyalar güclənib, solçular və liberallar isə mövqelərini itiriblər. Avropa Xalq Partiyası seçiciləri dinləmək əvəzinə, sosialistlər və liberallarla birləşib. Bu gün onlar sövdələşib Aİ-də yüksək vəzifələri aralarında bölüşdürdülər.

Onları reallıq, Avropa seçkilərinin nəticələri, Avropa xalqlarının iradəsi maraqlandırmır. Sadəlövh olmamalıyıq, onlar miqrasiyanı dəstəkləməyə və Rusiya ilə Ukrayna arasındakı müharibəyə daha çox pul və silah göndərməyə davam edəcəklər”.

“Biz buna qarşı susmayacağıq, Avropanın sağçı qüvvələrini birləşdirib, miqrasiya və müharibə tərəfdarı olan bürokratlara qarşı mübarizə aparacağıq”, - Orban yazıb.
Comment