QR CodeQR Code

Tramp ABŞ-ın ƏN BÖYÜK SƏHVİNİ etiraf etdi: "7 trilyon xərclədik, amma..."

13 Feb 2018 10:47

IslamTimes - ABŞ prezidenti Donald Tramp ölkəsinin bu günə qədər Orta Şərqdə 7 trilyon dollar xərclədiyini və bu qədər məbləğin heç bir işə yaramadığını etiraf edib.


Publika.az xəbər verir ki, Ağ Evdə 2019-cu il büdcəsi ilə bağlı açıqlamalar verən prezident “bu, bir səhvdir, amma vəziyyət budur” ifadəsini işlədib: “Bir neçə ay öncəki son hesablamalara görə, Orta Şərqdə 7 trilyon dollar xərcləmişik. 7 trilyon dollar. Bu böyük bir xətadır, amma vəziyyət budur. Və bu gün Orta Şərq 17 il öncəkindən də pis vəziyyətdədir. Çox kədərlidir”.
 
Prezident seçilmədən öncə ABŞ-ın İraqı işğal etməsini böyük bir səhv kimi dəyərləndirən Tramp ölkəsinin Orta Şərqə hərbi müdaxilə etməsinin doğru olmadığından şikayətlənirdi. Ancaq vəzifəyə gəldikdən sonra ABŞ-ın İraq və Suriyadakı əməliyyatları ilə bağlı səlahiyyətlərini Pentaqona verən D.Tramp, xüsusilə, Suriyaya daha çox hərbi güc göndərməkdə qınanır.


Story Code: 704487

News Link :
https://www.islamtimes.org/az/news/704487/tramp-abş-ın-ən-böyük-səhvini-etiraf-etdi-7-trilyon-xərclədik-amma

Islam Times
  https://www.islamtimes.org