QR CodeQR Code

Şeyx Sərdarın kassasiya şikayəti üzrə məhkəməsi keçiriləcək - SABAH

Nur.az.com , 13 Feb 2018 01:26

İslamtimes - Prosesdə Şeyx Sərdar Hacıhsənlinin iştirakı gözlənilir.


Fevral ayının 13 -də saat 11:00-da Ali Məhkəmədə hakim Gülzar Rzayevanın sədrliyi ilə Azərbaycan Ruhanilər Məclisinin (ARM) üzvü, Maide.Az saytının baş redaktoru, namaz məhbusu Şeyx Sərdar Hacıhəsənlinin (Babayev) həbsindən verilən kassasiya şikayətinə baxılacaq.

Prosesdə Şeyx Sərdar Hacıhsənlinin iştirakı gözlənilir.

Qeyd edək ki, bundan öncə yanvarın 30-a təyin olunan məhkəmənin təxirə düşməsinə səbəb də Şeyx Sərdarın prosesdə iştirakı ilə bağlı müraciəti olmuşdu.

Qeyd edək ki, namaz məhbusu Şeyx Sərdar Hacıhəsənlinin (Sərdar Babayev) Masallı rayon Məhkəməsi tərəfindən şərlənərək Cinayət Məcəlləsinin 168.1.1.3 maddəsi ilə ( yəni sadəcə imam cümə olduğuna və xütbə söylədiyinə görə) üç il müddətinə azadlıqdan məhrum etməyə dair hökmünün dəyişdirilmədən saxlanılmasına dair Şirvan Apellyasiya Məhkəməsinin 25 sentyabr 2017-ci il tarixli qərarından kassasiya şikayəti verilib.


Story Code: 704407

News Link :
https://www.islamtimes.org/az/news/704407/şeyx-sərdarın-kassasiya-şikayəti-üzrə-məhkəməsi-keçiriləcək-sabah

Islam Times
  https://www.islamtimes.org