QR CodeQR Code

İsrail etiraf etdi: Bizi Suriya vurdu

İslamazeri , 11 Feb 2018 20:59

İslamtimes - Sİonist rejimin ordusunun mətbuat xidmətinin materiallarında İsrailin F16 tipli qırıcısının məhz Suriya Ordusu tərəfindən vurulması etiraz edilib


İslamazeri.com-un RİA-ya istinadən verdiyi xəbərə əsasən, ötən gün məhv edilmiş İsrail rejiminin hərbi təyyarəsi Suriya Hava-Hücumundan Müdafiə sistemləri tərəfindən yerdən açılmış atəşlə vurulub. Bu haqda sionist rejimin ordusunun mətbuat xidmətinin materiallarında deyilir.
İsrail rejimi indiyədək Suriyaya hücumda iştirak edən F-16 qırıcısının qəzaya uğrama səbəbi haqda məlumat vermirdi və zenit raketinin qırıcıya dəyməsini "mümkün, lakin təsdiq edilməmiş" səbəb adlandırırdılar.
"(İsrail tərəfinin) hücumu zamanı bir neçə zenit raketi İsrai HHQ-ın təyyarələrinə dəyib. Raketlərdən biri məhv edilib. Pilotlar, təlimatlara əsasən, hərbi təyyarəni tərk edib və İsrail ərazisinə eniş ediblər.", - deyə İsrail rejiminin Müdafiə Ordusunun mətbuat xidmətindən bildiriblər.


Story Code: 704035

News Link :
https://www.islamtimes.org/az/news/704035/israil-etiraf-etdi-bizi-suriya-vurdu

Islam Times
  https://www.islamtimes.org