0
Sunday 21 January 2018 - 11:04

Seyid Həsən Nəsrullah: “Ərəb ölkələri işğalçı İsrailə yaxınlaşmamalıdır”

Story Code : 698824
Seyid Həsən Nəsrullah: “Ərəb ölkələri işğalçı İsrailə yaxınlaşmamalıdır”
Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullah cümə günü Beyrutun-Cənub ətrafında Qünəytrə şəhidlərinin anım mərasimi ilə video-konfrans vasitəsi ilə çıxışında deyib: “Sionist rejimlə hər hansı əlaqədən çəkinmək ərəb ölkələri birliyinin önəmli qərarlarındandır. Lakin bəzi ərəb hakimləri onu icra etmirlər.”
Seyid Həsən Nəsrullah bildirib: “Livan sionist rejimlə əlaqələri normallaşdırmaqdan çəkinməyə sadiqdir. Bu ölkə xalqı işğalçılarla münasibətləri normallaşdırmağa tolerantlıqla baxmır.”
Livan Hizbullahının baş katibi Qünəytrə şəhidlərinin xatirəsini yad edərək deyib: “Müqavimət mübarizlərinin şücaəti olmasaydı, Livanın hazırkı təhlükəsizlik və stabilliyi olmazdı.”
Livan Hizbullahının baş katibi həmçinin İraq və Suriyada “İŞİD-in qayıdışının qarşısının alınması” adı altında amerikalı qüvvələrin qalması haqda ABŞ rəsmilərinin son mövqelərini tənqid edərək onu ABŞ-ın ikiüzlülüyü adlandırıb.
Source : Nur-az.com
Comment