0
Thursday 18 January 2018 - 01:34

Yəmən əhalisinin 80 faizinin humanitar yardıma ehtiyacı var

Story Code : 697923
Yəmən əhalisinin 80 faizinin humanitar yardıma ehtiyacı var
Yəmən əhalisinin 80 faizinin, yaxud 22 milyon nəfərin humanitar yardıma ehtiyacı var.

Bunu BMT-nin Humanitar Məsələlər üzrə Əlaqələndirmə İdarəsindən bildiriblər.

Təşkilatın hesabatında qeyd olunub ki, son 6 ayda ölkədə aclıqla üz-üzə qalanların sayı 6,8 milyon nəfərdən 8,4 milyon nəfərə çatıb.

Qeyd edək ki, 2011-ci ilin siyahıya alınmasına əsasən, ölkə əhalisinin sayı 25 milyon 130 min nəfər, 2013-cü ilin məlumatın görə 25 milyon 408 min 288 nəfər, 2016-cı ildə Dünya Bankının apardığı hesabala üzrə isə 27 milyon 580 min nəfərdir.
Source : Nur.az.com
Comment