0
Tuesday 16 January 2018 - 10:04

Səudiyyə hökuməti dini suvenirlərin satışına qadağa qoydu

Story Code : 697405
Səudiyyə hökuməti dini suvenirlərin satışına qadağa qoydu
Məkkədə rəsmlər və dini suvenirlərin satışına qadağa qoyulub.

Maide.Az "İslam Today"a istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı hökuməti "Kəbə", "Məqami İbrahim", "Məscidül-Həram" və digər müqəddəs ibadətgahların təsvirinin yer aldığı suvenirlərin satışına qadağa qoyub.

Qərarı ölkənin Ticarət və İnvestisiya Nazirliyi alıb. Bu addımın həmin məkanların müqəddəsliyini qorumaq məqsədilə atıldığı açıqlanıb. Artıq mağazalardan suvenirler yığışdırılır.

Qeyd edək ki, bu məsələdə mütəxəssislər iki qrupa bölünüb. Bəziləri bunu təhqir hesab etsə də, digər qrup Həcc və Ümrə ziyarəti edənlərin oranı xatırladacaq suvenirləri almaq haqlarının olduğunu bildirir.
Source : Maide
Comment