QR CodeQR Code

Pakistanda günahsız kənd sakinləri terror qurbanı oldular

İslamazeri , 29 Jul 2017 19:45

Islamtimes - Pakistanda insan ölümü ilə nəticələnən partlayış baş verib.


İslamazeri.com-un “Associated Press”-ə istinadən verdiyi xəbərə əsasən, Pakistanın Bəlucistan əyalətində yola quraşdırılmış bombanın işə düşməsi nəticəsində 4 nəfər həyatını itirib, 5 nəfər isə yaralanıb.

Regional hökumətin nümayəndəsi Cabbar Bəlucun sözlərinə görə, insident şənbə günü Pəncqur şəhərində baş verib. Hadisə baş verən an kənd sakinləri avtomobildə olublar.

O əlavə edib ki, partlayıcının kim tərəfindən quraşdırıldığı məlum deyil. Polis araşdırma aparır.


Story Code: 657170

News Link :
https://www.islamtimes.org/az/news/657170/pakistanda-günahsız-kənd-sakinləri-terror-qurbanı-oldular

Islam Times
  https://www.islamtimes.org