QR CodeQR Code

Pakistanın ordu komandirinin Ayətullah Xameneiyə inamı

Nur-az.com , 3 Jul 2017 15:56

Islamtimes - “Mən şəxsən özüm Ayətullah Xameneinin şəxsiyyət və fikirlərinə hörmətlə yanaşıram. İnanıram ki, onun fikir və əndişələri İslam aləminin vəhdəti üçün çox faydalıdır”.


Pakistanın ordu komandirinin çıxış etdiyi iclasın iştirakçılarından biri “İRNA”-nın müxbirinə deyib ki, general Qəmər Cavid Bacva İslam aləmində vəhdətin güclənməsinin və qorunmasının zəruriliyinə təkid edərək deyib: “Mən şəxsən özüm Ayətullah Xameneinin şəxsiyyət və fikirlərinə hörmətlə yanaşıram. İnanıram ki, onun fikir və əndişələri İslam aləminin vəhdəti üçün çox faydalıdır”.
General Qəmər Cavid Bacva ABŞ-ın Paraçinarda törətdiyi cinayətlərlə bağlı bu şəhərə səfər edərək təhlükəsizlik qüvvələrinə lazımı göstərişlər vermişdir. Səfər çərçivəsində əyalətin məsulları, tanınmış şəxsiyyətləri və ağsaqqalları ilə görüş keçirən general iclasda iştirak edənlərdən istəyib ki, Ayətullah Xameneinin təfəkkür və əqidəsinin ardınca getsinlər. Çünki onun sözləri İslam dünyası üçün çox faydalıdır və o heç vaxt İslam ümməti arasında fasilə və uzaqlaşma yaranmasını istəməmişdir.
Generalın Paraçinara səfərindən sonra xalq aksiyaya son qoyub və bildirib ki, xalq onun bu şəhərdə təhlükəsizliyi gücləndirməsinə dair vədlərinə inanır.


Story Code: 650477

News Link :
https://www.islamtimes.org/az/news/650477/pakistanın-ordu-komandirinin-ayətullah-xameneiyə-inamı

Islam Times
  https://www.islamtimes.org