0
Thursday 12 January 2017 - 11:42

Mosulun daha 4 məhəlləsi İŞİD-in işğalından azad olundu

Story Code : 599380
Mosulun daha 4 məhəlləsi İŞİD-in işğalından azad olundu
İraqın Federal Təhlükəsizlik İdarəsinin rəisi general-leytenant Raid Şakir Cövhər belə bir açıqlama ilə çıxış edib: “Təhlükəsizlik qüvvələrinin tabeliyindəki dəstələr Mosulun cənubundakı Əs-Salam və Əs-Sahirun məhəllələrində tamamilə nəzarəti təmin ediblər”.
 
İraqın Neynəva əməliyyatları komandirlərindən general-polkovnik Əbdüləmir Yarallah şəhərin şimal istiqamətində gedən şiddətli döyüşlər nəticəsində düşmənin ciddi itki verdiyini və 4 Nisan məhəlləsinin azad edildiyini qeyd edib.
 
Mosul əməliyyatları komandiri Əhməd Əl-Cəburi isə ordu qüvvələrinin Mosulun şimalındakı Əs-Siddiq məhəlləsini İŞİD terrorçularından təmizlədiyini və bölgədə mina təmizləmə işlərinə başladıqlarını bildirib.
 
Əl-Cəburi İŞİD terror təşkilatının bölgədən kənarlaşdırıldığını və məhəllədəki yüzlərlə ailənin təxliyə edildiyini vurğulayıb.
 
İraqda keçən il oktyabr ayında başladılan Mosulun terror təşkilatı İŞİD-dәn tәmizlәnmә əməliyyatı çərçivəsində ordunun şəhərin şərq mәhәllәlәrinin təxminən 60%-ni tәmizlәdiyi bildirilir.
Comment