0
Saturday 7 January 2017 - 09:21

Ermənilərdən növbəti vəhşilik - İtkin düşmüş şəhid əsgərimizin yeni fotolarını yaydılar

Story Code : 597761
Ermənilərdən növbəti vəhşilik - İtkin düşmüş şəhid əsgərimizin yeni fotolarını yaydılar
Ermənilər hərbçimizin meyitini Yerevana apardılar Azərbaycan ordusunun hərbçisi Çingiz Salman oğlu Qurbanovun cəsədi Ermənistanla təmas xəttindəki ərazidən Yerevana aparılıb. Ermənilər bu dəfə də şəhid hərbçimizin Yerevan morqunda çəkilən fotolarını sosial şəbəkədə yayıblar.



Erməni tərəfinin növbəti dəfə qeyri-humanistlik edərək yaydığı həmin fotoları sosial şəbəkələrdə olsa da, onun yayımlanması məqsədə uyğun sayılmır.



Xatırladaq ki, Çingiz Qurbanov dekbarın 29-da Azərbaycan-Ermənistan təmas xəttinin Tovuz rayonu istiqamətində baş verən döyüş zamanı şəhid olub. Onun cəsədi düşmənin əlinə keçib. Azərbaycanın çağırışlarına vaxmayaraq düşmən şəhdimizn meyitini qaytarmağa tələsmir… Qeyd edək ki, 22 yaşında şəhid olmuş Çingiz Salman oğlu Qurbanov Qusar rayonunun Həzrə kəndindəndir. Həzrə kənd orta məktəbini bitirən Ç.Qurbanov Azərbaycan Texniki Universitetinin məzunudur. O, universiteti bu il bitirib. İyul ayında isə Qusar rayon hərbi komissarlığından həqiqi hərbi xidmətə çağrılıb. Çingiz Salman oğlu Qurbanov hərbi xidmətə getməzdən öncə ailəsi ilə birlikdə Bakıda kirayədə yaşayıb.
Source : Modern.az
Comment