0
Tuesday 7 May 2024 - 14:13

Szinpin Makronun istəyini rədd etdi

Story Code : 1133401
Szinpin Makronun istəyini rədd etdi
Axar.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” məlumat yayıb.

Məlumata görə, Si Szinpin ölkəsinin Rusiya ilə yaxın münasibətlərinə görə tənqid edilməsinə qətiyyətlə qarşı çıxıb. O, Ukrayna böhranının məsuliyyətini üçüncü ölkələrin üzərinə atmaq, onların reputasiyasını ləkələmək və yeni soyuq müharibəyə başlamaq üçün istifadə olunmasının əleyhinə olduğunu vurğulayıb.

Çin lideri Pekinin Ukrayna böhranında tərəflərindən biri olmadığına da diqqət çəkib.

“Qəzəbli ifadənin əsasən ABŞ-a ünvanlandığı görünür, çünki Vaşinqton hesab edir ki, Çin Rusiyadan böyük miqdarda neft və qaz almaqla yanaşı, Moskvaya kömək etməkdə davam edir”, - qəzet bildirib.
Comment